• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

65 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü
HADİSƏ
25 Mart 2026 | 18:36

65 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xaçınabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işləri apararkən onu cərəyan vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisənin başvermə səbəbləri hələlik tam məlum deyil. İlkin ehtimallara görə, elektrik xəttində aparılan iş zamanı təhlükəsizlik qaydalarının pozulması və ya texniki nasazlıq faciəyə səbəb ola bilər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. /Qafqazinfo


SON XƏBƏRLƏR

24 Mart 2026