• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı
İDMAN
25 Mart 2026 | 21:01

Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, N.İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın "Kuçine Lube" və Polşanın "Aluron" komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaqlar.


SON XƏBƏRLƏR

24 Mart 2026