• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Şəhid qardaşların atası vəfat etdi - FOTO
CƏMİYYƏT
25 Mart 2026 | 20:27

Şəhid qardaşların atası vəfat etdi - FOTO

Xocavənd rayon Qaradağlı kənd sakini, 2 oğlunu şəhid verən İslam Dadaşov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1-ci Qarabağ müharibəsi veteranı olan İslam Dadaşov yaşadığı Xocavənd rayon Qırmızı bazar qəsəbəsində dünyasını dəyişib.

Mərhum doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, 1992-ci ildə məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmış İ.Dadaşov və ailə üzvləri bir müddət əvvəl Xocavəndə köçmüşdü. Ötən ilin sentyabrında Prezident İlham Əliyev Qırmızı bazarda olarkən İslam Dadaşovun evində olmuş, onunla söhbət etmişdi.

Onun iki oğlu - 1970-ci il təvəllüdlü Mikayıl və 1973-cü il təvəllüdlü Manaf 1992-ci ilin fevralında doğma Qaradağlı kəndinin müdafiəsi zamanı qəhrəmanlıq göstərib. Həmin döyüşdə Manaf həlak olub, Mikayıl isə əsir götürülüb, lakin taleyindən heç bir məlumat alınmayıb./Qafqazinfo


SON XƏBƏRLƏR

24 Mart 2026