• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

ABŞ şirkəti ilə süni intellekt infrastrukturu yaratmaq müzakirə edildi
SİYASƏT
09 Aprel 2026 | 16:54

ABŞ şirkəti ilə süni intellekt infrastrukturu yaratmaq müzakirə edildi

Azərbaycan və ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkəti arasında müvafiq infrastrukturun yaradılması müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik",- deyə nazir qeyd edib.


SON XƏBƏRLƏR