• Bakı 23° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ağaclar qanunsuz kəsildi - Təbiətə 81 min manatlıq ziyan vuruldu
CƏMİYYƏT
04 Iyul 2025 | 18:10

Ağaclar qanunsuz kəsildi - Təbiətə 81 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a xidmətdən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında, eyni zamanda, İmişli və Füzuli rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb və yaşıllıqlara ümumilikdə 81 min 470 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilmək üçün hazırlanır.


SON XƏBƏRLƏR

04 Iyul 2025