• Bakı 24° C

    13.56 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib - YENİLƏNİB
CƏMİYYƏT
05 Iyul 2025 | 11:38

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib - YENİLƏNİB

 Qafqaz Müsəlmanları İdarəsininin sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qan verib.

Bakıvaxtı.az xəbər verir ki, İdarədə təşkil olunan aksiyada Şeyxülislamla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar da qan verib.

Xatırladaq ki, bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 22 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

***

11:20

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.


SON XƏBƏRLƏR

04 Iyul 2025