• Bakı 24° C

    18.61 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Trampdan Tehrana: BMT-dən kompensasiya tələb etmək absurddur
SİYASƏT
05 Iyul 2025 | 14:59

Trampdan Tehrana: BMT-dən kompensasiya tələb etmək absurddur

ABŞ prezidenti Donald Tramp İranın BMT vasitəsilə ABŞ və İsraildən kompensasiya tələb etməsini “absurd bir qərar” adlandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu fikirləri jurnalistlərə Nyu-Cersiyə uçuş zamanı prezident təyyarəsində bildirib.

 Trampın reaksiyası İranın son diplomatik müraciətinə cavab olaraq səsləndirilib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibi Antoniu Quterreşə məktub göndərərək Təhlükəsizlik Şurasını ABŞ və İsrailin İrana qarşı “aqressiv hərəkətlərini” rəsmən tanımağa və bu ölkələri maddi kompensasiya ödəməyə məcbur etməyə çağırıb.

Tehran iddia edir ki, bu zərbələr İrana ciddi infrastruktur ziyanı vurub və beynəlxalq hüququn pozulmasıdır.

Vaşinqton isə iddiaları qətiyyətlə rədd edir və bu cür müraciətlərin beynəlxalq aləmdə legitimlik daşımadığını bildirir.


SON XƏBƏRLƏR