• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Beyin stresi yuxusuzluğa necə çevirir?

DÜNYA

05 Iyul 2025 | 17:54

Beyin stresi yuxusuzluğa necə çevirir?

Amerikalı alimlər beynin stresi yuxusuzluğa necə çevirdiyini müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin Pensilvaniya Universitetinin nevroloqları stresli günlərdən sonra niyə pis yatdığımızın səbəbini araşdırıb. 

Alimlərin apardığı tədqiqat nəticəsində məlum olub ki, bu prosesdə əsas rol hipotalamusun paraventrikulyar nüvəsindəki neyronlara məxsusdur. Məhz bu beyin strukturu həm yuxunun, həm də stress səviyyəsinin tənzimlənməsində iştirak edir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu neyronlara təsir etməklə həm yuxu və yaddaş pozula bilər, həm də onların aktivliyini azaltmaqla qismən bərpa etmək mümkündür.

Tədqiqatçılar hesab edir ki, gələcəkdə bu beyin sahələrini hədəf alan müalicə üsulları streslə əlaqəli yuxusuzluğun qarşısını almaqda əsas rol oynaya bilər.


SON XƏBƏRLƏR

05 Iyul 2025