• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ukraynada terror aktı cəhdinin qarşısı alınıb

DÜNYA

04 Avqust 2025 | 17:32

Ukraynada terror aktı cəhdinin qarşısı alınıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhəyanı Dnepr şəhərində yerli sakinin planlaşdırdığı irimiqyaslı terror aktının qarşısını alıb.

Bu barədə Bakıvaxtı.az UTX-nin bəyanatına istinadən məlumat verir.

Məlumata görə, qadın Rusiya xüsusi xidmət orqanlarına işləyirmiş.

"Həyata keçirilən kompleks tədbirlər nəticəsində şəhərin mərkəzində hüquq-mühafizə orqanlarından birinin inzibati binasını partlatmağı planlaşdıran Rusiya agenti saxlanılıb", - bəyanatda qeyd olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğunu müsadirə edərək zərərsizləşdirib, qadını isə şəhərdən qaçmağa cəhd edərkən saxlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026