İsrailin blokadası altında olan Qəzzada aclıq ucbatından 9 yaşlı Məryəm Devvasın çəkisi 25 kilodan 10 kiloya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, ailəsi ilə Cəvazət bölgəsində sığınan Məryəm həyat uğrunda mübarizə aparır.
Onun anası "Anadolu Agentliyi"nə bildirib ki, qızını dəfələrlə xəstəxanaya aparsa da, müalicə nəticə verməyib.
Qeyd olunub ki, Məryəm depressiyaya düşüb, qidalanmadığı üçün yerimək qabiliyyətini itirib. Ailəsi onu Qəzzadan çıxarıb müalicə etdirmək üçün kömək axtarır.
Əli Hüseynov