Braziliya Prezidenti Lula da Silva ölkəsinin digər ölkələrlə iqtisadi əlaqələrini gücləndirərək ABŞ-dən əvvəlki qədər asılı olmadığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın tarif təhdidlərini “şantaj” adlandırıb və Braziliyaya siyasi səbəblərlə vergi qoyulmasının yolverilməz olduğunu bildirib.
Braziliya lideri ABŞ-ın keçmişdə ölkədə çevriliş etdiyini xatırladıb. O, bərabər şərtlər əsasında dialoqa açıq olduqlarını vurğulayıb.
Əli Hüseynov