Xəbər verdiyimiz kimi, iddialara görə, ABŞ-nin Bakıda yerləşən diplomatik nümayəndəliyi öz vətəndaşlarına Azərbaycanı təcili tərk etməyi tövsiyə edib.
Bakıvaxtı.az-ın əldə etdiyi daha bir məlumata görə, sözügedən iddiaların əsaslı olması absurddur.
Mənbə qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi "travel.state.gov" saytında Azərbaycanla bağlı son səyahət tövsiyəsi 21 may tarixində verilib:
"Sözügedən məsələ ilə bağlı Birləşmiş Ştatların heç bir rəsmi qurumu məlumat verməyib. İddiaların əssasız olma ehtimalı çox yüksəkdir",- deyə bildirilib.
Xatırlatma: Bakıvaxtı.az məsələ ilə bağlı həm ABŞ səfirliyinin, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini işıqlandırmağa hazırdır.
Əli Hüseynov
***
13:17
İddialara görə, ABŞ-nin Bakıda yerləşən diplomatik nümayəndəliyi öz vətəndaşlarına Azərbaycanı təcili tərk etməyi tövsiyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistanın Qalampir.uz portalı "EU Daily"ə istinadən yayımladığı məlumatda bildirib.
Xəbərdə qeyd olunub ki, vətəndaşların təxliyə səbəbi açıqlanmayıb.
Bildirilib ki, diplomatik nümayəndəlik rəsmi səhifəsində bu barədə heç bir paylaşım etməsə də, ictimaiyyət nümayəndələrinin sosial media hesablarında transferlə bağlı postlar yayımlanıb.
Bakıvaxtı.az-ın etibarlı mənbələrdən əldə etdiyi informasiya əsasən, məsələ ilə bağlı nə ABŞ-nin Azərbaycandakı səfirliyi, nə də ABŞ Dövlət Departamenti rəsmi açıqlama yaymayıb. Qeyd olunur ki, bu kimi tövsiyələr adətən bir neçə gün əvvəlcədən rəsmən paylaşılır və ictimaiyyətə çatdırılır.
Bakıvaxtı.az məsələ ilə bağlı həm ABŞ səfirliyinin, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini işıqlandırmağa hazırdır.
Əli Hüseynov