• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - AÇIQLAMA
CƏMİYYƏT
05 Iyul 2025 | 17:33

Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - AÇIQLAMA

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda məktəbəhazırlıq təhsilinin məcburi olması müzakirə predmeti olmadığı üçün bu barədə hər hansı dəyişiklik layihəsinin hazırlanmasına ehtiyac yaranmayıb.

Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.


SON XƏBƏRLƏR

05 Iyul 2025