• Bakı 23° C

    18.61 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Cənubi Koreyada vətəndaşlara 110 dollar veriləcək 

DÜNYA

05 Iyul 2025 | 12:28

Cənubi Koreyada vətəndaşlara 110 dollar veriləcək 

Ölkədaxili istehlak tələbatını stimullaşdırmaq üçün Cənubi Koreya hökuməti hər bir vətəndaşa 110 dollar verəcək.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Koreyanın “The Korea Herald” nəşri belə məlumat yayıb.

“Plana əsasən, onun elan edilməsindən bir gün əvvəl, iyunun 18-dən etibarən ölkədə yaşayan bütün Cənubi Koreya vətəndaşları 150 min von (110 ABŞ dolları) məbləğində birdəfəlik ödəniş alacaqlar”, - xəbərdə deyilir.

Məlumatda bildirilir ki, təşəbbüs ölkədə daxili istehlakın stimullaşdırılmasına yönəlib. Proqram əcnəbilərə şamil edilmir, yalnız daimi sakinlər, evli immiqrantlar və qaçqın kimi tanınan şəxslər isə yardım almaq hüququ olanlar sırasına daxildir.

Xatırladaq ki, iyulun 3-də Cənubi Koreyanın Milli Assambleyası prezident Li Çje Myonın baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü Kim Min Sokun bu kreslonu tutmasına razılıq verib.


SON XƏBƏRLƏR