• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

"Ermənistanın yeni konstitusiyaya ehtiyacı var" - Paşinyan

DÜNYA

05 Iyul 2025 | 18:12

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var - Paşinyan

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, onun konkret məqsədi olmalı və bugünkü Ermənistanın mövcud reallığını ifadə etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirdə söyləyib.

Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir. “500 illik tariximizdən fərqli olaraq, indi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.


SON XƏBƏRLƏR

05 Iyul 2025