• Bakı 23° C

    17.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ərdoğan: ABŞ Qəzzada atəşkəsə nail olmaqda həlledici rola malikdir

DÜNYA

05 Iyul 2025 | 15:59

Ərdoğan: ABŞ Qəzzada atəşkəsə nail olmaqda həlledici rola malikdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-nin İsrailə təsiri Qəzza zolağında mümkün 60 günlük atəşkəs kontekstində həlledici əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"ABŞ lideri Donald Trampın təşəbbüsləri sayəsində 60 günlük müvəqqəti atəşkəs planı diqqət mərkəzindədir. Bu məsələdə ABŞ-nin İsrailə təsiri kritik dərəcədə vacib olacaq", - Türkiyə Prezidenti qeyd edib.

Onun sözlərinə görə, İran və İsrail arasında döyüş əməliyyatlarının dayandırılması da Qəzzada vəziyyətin sabitləşməsi üçün "imkanlar pəncərəsi" açıb.


SON XƏBƏRLƏR