• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...
DÜNYA
05 Iyul 2025 | 19:56

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

Kreml Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi artırmaq məqsədi ilə Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalında bildirilib.

"Şəxsi heyətlər Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən hərbçiləri arasından cəlb olunur. Bundan əlavə, Rusiya fəal şəkildə Qafqazın əsarətində olan xalqlarının, xüsusən də Şimali Osetiya və Adıgey nümayəndələri arasında könüllülər axtarır", Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirilir.

Güc strukturunun nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir: "Millətlərarası münaqişənin qızışdırılması ilə yanaşı, Moskva Qafqazda hərbi mövcudluğunu artırır. Çox güman ki, Azərbaycanla Rusiya arasında münasibətlərin korlanması əvvəlcədən hazırlanıb"./report


SON XƏBƏRLƏR

05 Iyul 2025