• Bakı 21° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Alleqrinin yeni klubu məlum olub
İDMAN
28 May 2026 | 21:35

Alleqrinin yeni klubu məlum olub

"Milan"dan ayrılan Massimiliano Alleqrinin yeni klubu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, tanınmış insayder Fabrisio Romanonun məlumatına görə, Massimiliano Alleqri Neapol təmsilçisi "Napoli"nin yeni baş məşqçisi olacaq.

Onun sözlərinə görə, 58 yaşlı mütəxəssis klubun təklif etdiyi bütün şərtləri qəbul edib və tərəflər arasında tam razılıq əldə olunub. Yaxın vaxtlarda rəsmi müqavilənin imzalanacağı gözlənilir. Geridə qalan mövsümdə "Milan"a rəhbərlik edən Alleqri komandası ilə 70 xal toplayaraq 5-ci yeri tutmuş və Çempionlar Liqasından kənarda qalmışdı. "Napoli" isə Antonio Kontenin rəhbərliyi altında A Seriyasını 76 xalla 2-ci pillədə başa vurub.

Qeyd edək ki, "Milan" klubu Alleqriyə və işdən çıxarılan rəhbər şəxslərə ümumilikdə 20 milyon avrodan çox təzminat ödəyəcək.


SON XƏBƏRLƏR