Formula-1 üzrə Belçika Qran-prisinin təsnifat mərhələsi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, “Maklaren” komandasının sürücüsü Lando Norris poul mövqeyini qazanıb. Beləliklə, britaniyalı pilot sabah keçiriləcək əsas yarışa ilk sıradan start verəcək.
Onun ardınca komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”nin sürücüsü Şarl Lekler isə üçüncü yeri tutub.
Bu gün səhər saatlarında sprint mərhələsinin qalibi olan “Red Bull” pilotu Maks Ferstappen isə sıralamada 4-cü olub.
Qeyd edək ki, Belçika Qran-prisinin əsas yarışı iyulun 27-si saat 19:00-da start götürəcək.