• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Çində avtomobil satışları 15% azalıb
İQTİSADİYYAT
09 Aprel 2026 | 16:38

Çində avtomobil satışları 15% azalıb

Çində minik avtomobillərinin pərakəndə satışları mart ayında illik müqayisədə 15% azalaraq 1,65 milyon ədədə düşüb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) yayımladığı hesabatda yer alıb.

Hesabata görə, mart ayı satışlarında mənfi amil Çin bazarına ilk rübdə yalnız 18 yeni avtomobil modelinin daxil olması olub. Halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 33, 2025-ci ilin yanvar-mart aylarında isə 28 olub. 

Bundan əlavə, İran münaqişəsi səbəbindən yanacaq qiymətlərinin artması istehlakçıların əhval-ruhiyyəsinə təsir göstərib.

Mart ayında yeni enerjili nəqliyyat vasitələrinin (NEV) satışları 848 000 ədəd təşkil edib ki, bu da bir il əvvəlki ilə nisbətən 14% azdır.

CPCA aprel ayında avtomobil bazarında orta dərəcədə canlanma gözləyir.

Gülşən Şərif


SON XƏBƏRLƏR