• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Danılmaz dözümsüzlük - Əkbər Qosalı yazır
YAZARLAR
20 Noyabr 2022 | 18:10

Danılmaz dözümsüzlük - Əkbər Qosalı yazır

Əkbər Qoşalı

Ermənistan adı üstündə monoetnik (birmillətli) ölkədir. Burada əhalinin 98,2%-dən (!) çoxunu ermənilər, təqribən 1,2%-ni yezidi kürdləri, təqribən 0,4%-ni ruslar və qalanını assuriyalılar, Qafqaz yunanları, yəhudilər, gürcülər və başqaları təşkil edir.

Bəs, yaxşı, Ermənistan necə bir coğrafiyada yerləşir ki, belə bir etnik yapıya sahib olması “izah” oluna bilsin. Ermənistanın qonşularına nəzər salaq: Azərbaycan Respublikasında əhalinin – 92%-i Azərbaycan türklərindən, Türkiyədə əhalinin 77%-i türklərdən, Gürcüstanda əhalinin – 83%-i gürcülərdən (kartvellərdən), İranda əhalinin təqribən 77%-i türklər və farslardan təşkil olunub. Ermənistanı özünə forpost bilən (Gümrüdə hərbi bazaya malik) Rusiya Federasiyasında isə əhalinin (təqribən) 76%–ni ruslar təşkil edir.

Bugünlərdə Tunisdə keçirilən “Frankofaniya Günləri”ndə qəbul edilən qətnamədə (qətiyyən dəxli olmadan, mövcud gündəliyə zidd şəkildə) Azərbaycan əleyhinə “dözmsüzlük” maddələri də irəli sürən Ermənistanın böyük bacısı Fransada belə fransızlar faiz nisbətində “Ermənistanın antirekordunu təzələyə bilmir. Paşinyanın Soros məktəbi həmfikri Emmanuel Makronun başçılıq etdiyi Fransada əhalinin 94%-ni fransızlar, yerdə qalan hissəsini portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər, ermənilər və b. təşkil edir. 

Ermənistanın “çeçələ barmaq” müttəfiq respublika olduğu keçmiş SSRİ-də: Qazaxıstanda qazaxlar 69%, Qırğız Respublikasında qırğızlar 72%, Özbəkistanda özbəklər 82%, Türkmənistanda türkmənlər 77%, Tacikistanda taciklər 80%, Belorusiyada beloruslar 84%, Ukraynada ukraynalılar 77%, Moldaviyada moldavanlar 75%, Latviyada latışlar 63%, Litvada litvalılar 85%,

Estoniyada estonlar 65%, habelə RF tərkibindəki Tatarıstanda tatarlar 53%-kən necə olur ki, Ermənistanda əhalinin mütləq əksəriyyəti ermənilərdən ibarətdir? Ermənistan Qafqazın yaxud keçmiş SSR-nin ən soyuq yeriydimi? – Xeyr! Ən isti coğrafiya Ermənsitandadır bəlkə? – Xeyr! Ən kasıb ölkə Ermənistandırmı? – Ermənistandan da kasıb ölkələr vardır. Bəlkə Ermənistan ada dövlətidir?

– Bilindiyi üzərə bu qətiyyən belə deyil. Bəs o zaman hansı səbəbdən bu qədər seçkindir Ermənistan?

– Tək səbəb var: ermənilər başqa mədəniyyətlərə, başqa xalqlara, erməni olmayan hər kəsə, erməniliyə aid olmayan hər şeyə qarşı dözümsüzdür. Onların söz sahibi olduğu yerdə rahat yaşamaq mümkün deyil. Ya gərək səndən keçən işi ola, ya gərək səndən çəkinə - yoxsa, monoetnik yapının gərəkdirdiyi olur, günün göy əskiyə bükülür…

Əlbəttə, ermənilər özləri indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və oranın yerli xalqını zaman-zaman müxtəlif üsulsuzluqlarla, cinayətlər, qətllər və soyqırım aktları ilə didərgin salıblar. Bütün üsulsuzluqlara baxmayaraq, SSRİ dağılmamış 300 minə yaxın soydaşımız hələ də öz dədə-baba torpağında – Göyçə, Zəngəzur, İrəvan və b. yerlərdə yaşamağa davam edirdi. 1988-ci ildən vüsət alan yeni vandalizm dalğası ilə son azərbaycanlılar da ((Nüvədi kəndinin boşaldıldığı) 08.08.1991-ci ildə) öz dədə-baba torpağını – “Ermənistan”ı tərk etməli oldu… Hələ 10.02.1828-ci ildən (“Türkmənçay müqaviləsi”ndən) başlayan erməniləşdirmə siyasəti sonralar “türksüzləşdirmə” (“müsəlmanlardan arındırma”) siyasətinə dönüşərək şiddətləndi. 1948-1989-ci illərdə başa çatan (Nüvədi istisna olmaqla) “Türksüz (Müsəlmansız) Ermənistan” bədnam siyasəti sonucunda, vaxtilə mehriban qonşuluğun hökm sürdüyü (etnik zənginliyə malik) coğrafiya tarixdə ilk dəfə monoetnik şəkil aldı…

Ermənilər (haylar) hələ başqaları ilə birgə mehriban yaşamaq, ədalətli olmaq mədəniyyətinə yiyələnə bilməyib. Artıq iş o həddə çatıb ki, hətta erməni erməni ilə yola getmir. Onların içüzünə yaxşı bələd olan, vaxtı ilə İrəvanda və Zəngəzurda yaşamış aydınlardan eşitmişəm ki, Livanlı erməni Fransalı ermənini, Anadolulu erməni Güney Azərbaycanlı ermənini, İrəvanda daha erkən məskunlaşmış başqa bir erməni Qarabağ ermənisini bəyənməz, hətta xeyir-şərinə çağırmaz. Doğrudur, onları bir ara “erməni intibah”ı saxtakarlığı ayaqda tutdu, birləşdirdi: tarixdə ilk erməni dövləti qurulması (1918), keçmiş SSRİ hökumətinə yeridilmiş (yaxud cəlb edilmiş) ermənlərin (məs., Mikoyan) hesabına yüksək vəzifələrə təyin edilmələri, ermənilərin yüksək ali təhsil alması, yüksək hərbi rütbələrə yiyələnməsi üçün və s. həyata keçirilən gizli fəaliyyətlər onları qudurtdu. Sonralar qondarma “1915-ci il erməni soyqırımı”na diqqət ayırdılar; son üç onilik boyunca isə “Qarabağ zəfəri” erməniləri birləşdirməkdəydi. – Artıq SSRİ dağılıb, yıxılmağa, “müftə büdcə” (dotasiya) bulmaqçün yeni arayışlar sürdürülür… Digər iki “faktor” da puç olmaqdadır. 1915-ci il qondarma “soyqırım”ının 100-cü bədnam ildönümündən və Türkiyə Cümhuriyyəti dünyada sözü ötgün regional gücə çevrildikdən sonra, birinci “faktor” öləziməyə başlayıb; 44 günlük müharibədən sonra isə “məğlubedilməz Ermənistan”ın “qalibiyyət” eqosu da sıfırlanıb. İndi artıq bir-birlərini yeməyə, nəinki bizim Qarabağın dağlıq hissəsindən, (yenə bizim tarixi torpaqlarımız olan indiki) Ermənistan Respublikasından cəhənəm olub ayrı-ayrı coğrafiyalara səpələnməyə başlayıblar.

Vardanyan-Kasıbyan, Arayikyan-Arayılmayanyan, Köçəryan-Köçəmyənyan, Sərkisyan–Ayaqyan… vız gəliyor bizə… Paşinyansa uhulət-suhulətlə davransa, Qaşınyan olmaya bilər və elə Paşinyan qalar. Yoxsa, Müzəffər Ali Baş Komandanın tarixi təklifi yürülüyə girəcək: “endir o bayrağı dirəkdən, bük, qoy cibinə”…

Haqq incələr, üzlüməz!         

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


SON XƏBƏRLƏR

23 Aprel 2024