ABŞ-ın Demokratlar Partiyasının reytinqi son 35 ilin ən aşağı səviyyəsinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
Məlumata görə, respondentlərin 63%-i demokratları bəyənmədiyini bildirib. Respublikaçılar Partiyası isə amerikalılardan daha yüksək qiymət alıb və respondentlərin 43%-i bu partiyanın siyasətini bəyəndiyini vurğulayıb.