2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd həyata keçirilməsi üçün yaradılan qruplaşmaya kömək edən daha bir nəfər yaxalanıb.
Bakıvaxtı.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, həmin qruplaşmanın üzvlərindən Burkay Karatepe ilə əlaqəsi olan Ö.A. saxlanılıb. Onun B. Karatepeyə öz sim-kartını verdiyi və gizlənməsinə kömək etdiyi müəyyənləşdirilib. Ö.A. çıxarıldığı məhkəmədə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Daha əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi Ərdoğana sui-qəsd cəhdi ilə bağlı on ildir Qırmızı Bülletenlə axtarışda olan "Fətullahçı" terror təşkilatının (FETÖ) üzvünün yaxalandığını açıqlamışdı.
Bakı 











