Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
Ayxan Hacızadə açıqlamasında qarşı tərəfin Xəzər dənizinin çirklənməsinə səbəb olduğunu qeyd edib:
"Oxçuçay Ermənistan tərəfindən çirkləndirilmiş çaylara misaldır. Qarşı tərəf bizim çaylarımıza zərərli maddələr, tullantılar axıdır. Artıq biz rəsmi olaraq bu məsələni nəzarətə götürmüşük və bu sahədə hüquqi tədbirlər görürük".
Əli Hüseynov