• Bakı 24° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Güləşçimiz Avropa çempionu oldu
İDMAN
04 Iyul 2025 | 22:24

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycan güləşçisi Ruzanna Məmmədova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, milli komandanın üzvü 62 kq çəki dərəcəsində qızıl medal qazanıb.

O, finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.

Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla uduzub.

Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.


SON XƏBƏRLƏR

04 Iyul 2025