• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

İran nüvə proqramını məhdudlaşdırmayacaq - Eslami
SİYASƏT
09 Aprel 2026 | 16:34

İran nüvə proqramını məhdudlaşdırmayacaq - Eslami

"Rəqibləri nə qədər tələb etsələr də, İran uranın zənginləşdirilməsini məhdudlaşdırmayacaq".

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami deyib.

O bildirib ki, düşmənlərin uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırmaqla bağlı bəyanatları və tələbləri sadəcə dəfn ediləcək arzulardır.

"İranın nüvə proqramını məhdudlaşdırmağa yönəlmiş bütün hərəkətləri, o cümlədən ölkə ərazisinə zərbələr heç bir nəticə verməyib", - deyə Eslami vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Tehranla atəşkəs razılaşması fonunda İranın uranı zənginləşdirməyə başlamayacağını açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton nüvə obyektlərindən uran ehtiyatlarını çıxarmaq üçün Tehranla əməkdaşlıq edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR