• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

İrəvanda mitinq elan edildi
DÜNYA
09 Aprel 2026 | 17:31

İrəvanda mitinq elan edildi

Rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyası aprelin 11-nə İrəvanda mitinq təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının seçki siyahısına rəhbərlik edən Narek Karapetyan bildirib.

“Hamımız aprelin 11-də saat 17:00-da “Azadlıq” meydanındayıq. Əziz həmvətənlər, səsimizi ucaltmaq və dəyişiklik tələb etmək üçün toplaşacağıq. Ölkəmizin dəyişikliyə ehtiyacı var, təkcə dəyişiklik ölkəmizi tənəzzüldən xilas edə bilər. Mitinqdən sonra İrəvanın mərkəzində işıqlarla yürüş edəcəyik. Gəlin hamımız birlikdə iki saat vətəndaşlıq borcumuzu yerinə yetirək, bir-birimizi görək, birlikdə daha güclü olaq və ölkəmizə dəyişiklik gətirək”, - o, sosial mediada yazıb.


SON XƏBƏRLƏR