Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “X”də bildirib.
O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.
Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.
***
14:16
İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada silahlılardan ikisi öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, daha bir silahlı isə yaralı halda ələ keçirilib.
Bundan başqa, atışmada iki polis əməkdaşı yaralanıb.
Ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.
"İstintaqa bir baş prokurorun müavini, iki rayon prokuroru cəlb edilib. Onlar dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar", - deyə ədliyyə naziri sosial şəbəkə paylaşımında bildirib.
***
13:50
İstanbulda İsrail Konsulluğunun qarşısında 3 nəfər zərərsizləşdirilib.
Bakıvaxtı.az bu barədə "HaberGobal"a istinadla xəbər verir.
Hadisə nəticəsində iki polis əməkdaşının yaralandığı və hadisə yerinə çoxsaylı polis bölmələrinin göndərildiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Murad Məmmədli
***
13:43
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bir polis əməkdaşı yaralanıb.
Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səslərinin eşidildiyi qeyd olunur.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.
Bir nəfərin yaralı saxlanıldığı qeyd olunub.
Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.
Bakı 












