• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Missiyanın missiyası ​​​​​​- Əkbər Qoşalı yazır
YAZARLAR
24 Mart 2024 | 20:45

Missiyanın missiyası ​​​​​​- Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Ermənistan parlamenti Azərbaycanla sınırda yerləşdirilmiş Avropa Birliyi (AB) missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Etsin etməsinə də, amma axı AB-nin Ermənistandakı missiyası qısamüddətli olmalıydı.

Nə baş verdi də, sonradan uzunmüddətli status təsdiq olundu? Bu azmış kimi, üstəlik, missiyanın hərbiləşdirilməsinə başlandı. Xeyirdimi? Xeyr!

Missiyanın qaranlıq missiyası açıq-aydın ortadadır: Qərb bu yolla bölgəyə hərbi müdaxiləyə başlayıb. ABŞ-ın da prosesə qoşulması və hərbçilərini bu missiyanın tərkibində Ermənistana göndərmək planları Qərbin Ermənistanda öz hərbi bazasını yaratması demək deyilmi? Və bütün bu proseslər harada axın edir? - Azərbaycanın sınırları boyu…

Bölgə-bölgə gəzib sülhdən, anlaşmadan (sınırların delimitasiyası və demarkasiyasından) dəm vuran, “real Ermənistan xəritəsi”ni sanki “zeytun budağı” kimi əlində tutub hər toplantıda nümayiş etdirən Paşinyanın hökumətinin bu qarmaşıq gedişləri Azərbaycana qarşı yönəlib. - KTMT üzvü olan, ərazisində RF hərbi bazası yerləşən və sınırlarını özü qoruya bilməyən bir dövlət, digər yandan da AB hərbiləşdirilmiş missiyasının statusunu ratifikasiya edirsə, burada, “qarmaşıq” - durumun ən yumşaq adıdır…

2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə iştirakçı sayı 138-dən 209 nəfərə qədər artırılmış missiyaya dair razılaşmanın Ermənistan parlamentində məhz indi ratifikasiya olunmasının zamanlama səbəbi də bəllidir: bu, aprelin 5-də keçiriləcək AB, ABŞ və Ermənistan - üçlü təhlükəsizlik görüşü ilə bağlıdır. 

Bəs Ermənistanın bu dəfə guya “Təhlükəsizlik zəmanəti” adı altında dəstəklənməsinin “tərcümə”si nədir? -  

Revanşizmi gücləndirmək, 

gərəksiz silahlandırma və 

Ermənistandan bir dağıdıcı vasitə olaraq isifadə etmək. - 

Bax, bunlar Güney Qafqzda sülhü, sabitliyi, təhlükəsizliyin özünü mümkünsüz edir.

Uzun sözün qısası, bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı hədəf götürüb. Təkcə Azərbaycanımı?!. - Bədxahlar həm də Ermənistan-Azərbaycan danışıqlarının gələcəyini, bütövlükdə Güney Qafqazda kövrək sabitliyin pozulmasını hədəfləyiblər. Bəs yeri gəldi-gəlmədi bizi sancmağa adətkar vİran və Rusiya?.. - Bu gedişat onları heçmi rahatsız etməz?..

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

 


SON XƏBƏRLƏR

04 Dekabr 2024