NATO hərbi yolla Rusiyanın suverenliyini və ərazi bütövlüyünü pozmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, alyansın Kalininqrad vilayətinə yönəlmiş təhdidləri bu məqsədləri bir daha təsdiqləyir.
Xatırladaq ki, ABŞ-ın Avropa və Afrika üzrə qoşunlarının, həmçinin NATO-nun quru qüvvələrinin komandanı Kristofer Donahyu iyul ayında verdiyi açıqlamada Kalininqrad vilayətində Rusiya qüvvələrinin müdafiə potensialının operativ şəkildə neytrallaşdırılması planının hazırlandığını deyib. O bildirib ki, NATO “şərq cinahında çəkindirmə xətti” planını reallaşdırır. Bu, həm də quru qüvvələrinin gücləndirilməsini və alyans daxilində hərbi-sənaye əməkdaşlığının inkişafını nəzərdə tutur./axar.az