• Bakı 30° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Nazir öz ərizəsi ilə işdən çıxan rəisə yenidən VƏZİFƏ VERDİ
CƏMİYYƏT
26 Iyul 2025 | 23:16

Nazir öz ərizəsi ilə işdən çıxan rəisə yenidən VƏZİFƏ VERDİ

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsininn 26 nömrəli yanğından mühafizə hissəsinə yeni rəis müavini təyin edilib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb .Əmrə əsasən, daxili xidmət mayoru Hüseyn Qasımov Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 26 nömrəli  yanğından mühafizə hissəsinə rəis müvini təyin olunub.

Qeyd edək ki, Huseyn Qasımov 2 il əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Daşkəsən rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub. O, öz ərizəsi ilə işdən ayrılmışdı.


SON XƏBƏRLƏR

26 Iyul 2025