• Bakı 24° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Qəza ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər
HADİSƏ
02 Iyul 2025 | 10:46

Qəza ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və təhqiqatlar davam etdirilir.

“Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylərimiz davam etdirilir”.

O, yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini istisna etməyib.


SON XƏBƏRLƏR

04 Iyul 2025