Bu ilin yanvar-fevral aylarında Azərbaycan 60,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın fevral sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 % çoxdur.
Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.
Bakı 












