• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

3 ayda 68,5 milyon manat geri qaytarılıb

İQTİSADİYYAT

06 Aprel 2026 | 14:35

3 ayda 68,5 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-mart ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 68 milyon 508,8 min manat məbləğində vəsait geri qaytarılıb.

Bakıvaxtı.a xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, geri qaytarılan vəsaitlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılmasına aiddir.

Bununla yanaşı, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.


SON XƏBƏRLƏR