• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rusiya 4 gündə 6 mindən çox əsgər İTİRDİ
DÜNYA
28 Mart 2026 | 22:03

Rusiya 4 gündə 6 mindən çox əsgər İTİRDİ

Ukrayna Silahlı Qüvvələri son dörd gün ərzində 6 mindən çox rus hərbçisini zərərsizləşdirərək müharibənin gedişatını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna tətbiq etdiyi hərbi innovasiyalar sayəsində Rusiya qoşunlarının kütləvi hücumlarını dəf etməyə və cəmi dörd gün ərzində 6 mindən çox hərbçini məhv etməyə nail olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski daha əvvəl öz "Facebook" səhifəsində bildirib ki, Rusiya qoşunları martın 17-dən 20-nə qədər cəbhənin bir neçə istiqamətində 619 hücum əməliyyatı keçirsə də, müdafiə xəttini yara bilməyib.

Sırskinin məlumatına görə, dörd günlük intensiv hücumlar zamanı Rusiya tərəfinin itkiləri (ölən və yaralananlar daxil olmaqla) 6090 nəfəri keçib.

Baş komandanın qiymətləndirməsinə əsasən, ötən həftə ərzində Rusiya Federasiyasının ümumi canlı qüvvə itkisi təxminən 8710 hərbçi təşkil edib. Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri qarşı tərəfin çox sayda texnika və silah-sursatını məhv edib./Musavat


SON XƏBƏRLƏR