• Bakı 26° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Rusiya ötən gecə 500-dən çox dron və raket buraxdı - Zelenski
DÜNYA
04 Iyul 2025 | 22:17

Rusiya ötən gecə 500-dən çox dron və raket buraxdı - Zelenski

Ukraynaya qarşı ötən gecə hücumu zamanı onlarla Rusiya kamikadze dronu - “Şahid”lər Ukrayna tərəfindən istehsal olunan dronlar tərəfindən vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində məlumat verib.

O, xatırladıb ki, bu dəfə Rusiya 500-dən çox zərbə dronu və raket buraxıb. Bu hücum vasitələrinin əhəmiyyətli hissəsi məhv edilib.

Prezidentin sözlərinə görə, Ukrayna hücum dronlarının istehsalını genişləndirmək, eləcə də dron operatorlarının hazırlanması və təlimi üzərində işləyəcək.


SON XƏBƏRLƏR

04 Iyul 2025