• Bakı 23° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Şəmkirdə göldə batan uşaqların meyitləri TAPILDI - YENİLƏNİB
HADİSƏ
04 Iyul 2025 | 23:20

Şəmkirdə göldə batan uşaqların meyitləri TAPILDI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Şəmkirdə 3 uşaq suda boğularaq ölüb.

Bakıvaxtı.az-ın “Report”a istinadən məlumatına görə, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə süni göldə çimməyə gediblər.

Məlumata görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

 

***20:02

Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.

 

***19:19

Şəmkir rayonunda 3 nəfər çayda boğulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Çayda batan şəxslər 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğludur. Onlar rayonun Qədimqala kəndində qeydiyyatdadırlar./“Qafqazinfo”


SON XƏBƏRLƏR

04 Iyul 2025