• Bakı 26° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Slovakiya Ukraynaya 8 Bozena-5 minatəmizləmə sistemi göndərəcək
DÜNYA
02 Iyul 2025 | 16:36

Slovakiya Ukraynaya 8 "Bozena-5" minatəmizləmə sistemi göndərəcək

Ötən gün Kiyevdə keçirilən Slovakiya-Ukrayna hökumətlərarası məsləhətləşmələr zamanı Slovakiya istehsalı olan minatəmizləmə sistemlərinin təhvil verilməsi təsdiqlənib.

Bakıvaxtı.az "TASR" xəbər agentliyinə istinadən xəbər verir ki, razılaşma zamanı Slovakiyanı Xarici İşlər Nazirliyinin siyasi şöbəsinin rəhbəri Martin Kaço, Ukraynanı isə xarici işlər nazirinin müavini Aleksandr Mişşenko təmsil edib.

Ukrayna tərəfi məsləhətləşmələr zamanı bəyan edib ki, Rusiya qazının öz ərazisindən tranzitinə qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil. Kiyev həmçinin Bratislavanı Avropa İttifaqının Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin qəbulunu dəstəkləməyə çağırıb. 

Görüşdə enerji və nəqliyyat infrastrukturu sahələrində birgə layihələrin həyata keçirilməsi planlarının hazırlanmasına dair razılıq təsdiq edilib. Müzakirə zamanı Ukraynanın Aİ-yə daxil olması perspektivləri müzakirə olunub. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Iyul 2025