• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Tacir və Cabbara bahalı maşın nömrələri verəcəyəm
ŞOU
09 Aprel 2026 | 17:13

"Tacir və Cabbara bahalı maşın nömrələri verəcəyəm"

Muğam ifaçısı və idmançı Pərviz Qasımov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, xanəndə maraqlı etirafı ilə gündəm yaradıb. Sənətçi bildirib ki, dəyərli sənətkar Tacir Şahmalıoğlu və bəstəkar Cabbar Musayevin ailəsi ilə yaxın münasibətləri var və onun övladları ilə dostluq edir.

Pərviz Qasımov qeyd edib ki, həm ölkə daxilində, həm də xaricdə övladları ilə tez-tez görüşdüklərini və Cabbar müəllimin xatirəsini çox əziz tutduğunu vurğulayıb. O, hər iki sənətkara söz verdiyini də açıqlayıb.

Xanəndə bildirib ki, xüsusi seriyalı avtomobil nömrələrini toplamağı sevir və bu nömrələrdən birini hədiyyə etməyi planlaşdırır. Onun sözlərinə görə, "10-333" seriyalı nömrəni Tacir Şahmalıoğlunun oğlunun toyunda ona hədiyyə edəcəyini deyib.

Sözügedən açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub./Milli.Az


SON XƏBƏRLƏR