Ukraynanın enerji infrastrukturuna Rusiyanın hücumlarından sonra, bu səhər Xarkov, Donetsk və Dnepropetrovsk vilayətlərində elektrik kəsintiləri baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrenergo" məlumat yayıb.
Məlumata görə, hazırda ən çətin vəziyyət Soumi bölgəsindədir:
"Dünən gecədən bəri enerji infrastrukturuna kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilir. Soumi vilayətində elektrik enerjisi təminatı zədələnib. Enerji qrupları hava hücumu xəbərdarlığı və mümkün zərbələr riski səbəbindən hələlik bərpa işlərinə başlaya bilmirlər".
Aydın Baxış
Bakı 












