• Bakı 14° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Suqovuşanda mina partladı: xəsarət alan var - YENİLƏNİB
SİYASƏT
01 Aprel 2026 | 15:28

Suqovuşanda mina partladı: xəsarət alan var - YENİLƏNİB

İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıblar.

Bildirilib ki, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda qeyd olunub.

***

14:42

Ağdərədə mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.

    Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır. /apa


    SON XƏBƏRLƏR