• Bakı 12° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Suqovuşanda minaya düşən şəxsdən XƏBƏR VAR
CƏMİYYƏT
01 Aprel 2026 | 16:54

Suqovuşanda minaya düşən şəxsdən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, Suqovuşan qəsəbəsi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 01.04.2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:

"Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR