• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Yağış və qar yağır - FAKTİKİ HAVA
CƏMİYYƏT
09 Aprel 2026 | 17:00

Yağış və qar yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 16:00 olan məlumatında qeyd edilib.

Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda 22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 m/s-dək güclənir.

Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.


SON XƏBƏRLƏR