• Bakı 27° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Yardımlıda küp və torpaq qəbir abidələri TAPILDI
CƏMİYYƏT
27 Iyul 2025 | 16:50

Yardımlıda küp və torpaq qəbir abidələri TAPILDI

Yardımlıda Azərbaycan-Amerika arxeoloji ekspedisiyasının birgə apardığı araşdırmalar müsbət nəticələr verib.

Bakıvaxtı.az xəbər verir ki, Yardımlı rayonunun Urakəran kəndi ərazisində yerləşən Biləh qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində daş qutu, küp və torpaq qəbir abidələri aşkar edilib.

Qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında Azərbaycan-Amerika birgə ekspedisiyasının əməkdaşlığı çərçivəsində aparılır. ABŞ-ın Azərbaycandakı ekspedisiya üzvü Lara Fabian tapıntıların möhtəşəm olduğunu bildirib./Teleqraf


SON XƏBƏRLƏR

26 Iyul 2025