• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Nazirlikdən reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarına MÜRACİƏT

CƏMİYYƏT

15 Dekabr 2021 | 15:24

Nazirlikdən reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarına MÜRACİƏT

“Reanimasiyaya düşən xəstələrin yaxınlarında qorxu-təşviş yaranır. Hər bir xəstəni reanimasiyaya yerləşdirmək olur. Bunun üçün mütləq şəkildə göstərişlər olmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli deyib.

Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilən xəstələrin çoxunun huşu özündə olur: “Hətta bəzən həkimlərin konsultasiyası pasiyentlərin yanında keçirilir. Reanimasiyada geniş həcmli müşahidə olur. Adekvat monitorinq müşahidə aparılır. Həkimlər daim onların yanında olur. İnsanlar hesab etməsin ki, yaxınları orada diqqətdən kənarda qala bilər. Reanimasiyada hər bir xəstə həkim nəzarətindədir. Heç kim orada nəzarətsiz qalmır. Koronavirus xəstələri qorxuya düşməsinlər”.


SON XƏBƏRLƏR