• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Gündə 10 min addım atmalıyıqmı?

CƏMİYYƏT

27 Fevral 2024 | 17:12

Gündə 10 min addım atmalıyıqmı?

Fitnes məşqçisi gündə 10 min addım atmağın faydaları haqqında mifi dağıdıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Maya Mazikina açıqlama yayıb.

Mazikina bu qaydanı marketinq hiyləsi adlandırıb.

Ekspertin fikrincə, 60 yaşdan yuxarı insanların 6 min, gənclər üçün 8 min addım getməsi kifayətdir.

O qeyd edib ki, 10 min addım standartını yerinə yetirmək istəyi yaralanmalara, buna nail olmamaq isə motivasiyanın itirilməsinə səbəb ola bilər.

Zərərli yemək yedikdən sonra kalori yandırmaq üçün lazım olan addımların sayı daha əvvəl açıqlanmışdı. 

Araşdırmaya görə, kolbasa ilə pizza yedikdən sonra insan 61 min addım, bir stəkan qırmızı şərab və ya bir stəkan pivə içdikdən sonra beş min addım getməlidir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Dekabr 2024