• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

16 ildən sonra gələn etiraf

CƏMİYYƏT

10 Sentyabr 2021 | 12:42

16 ildən sonra gələn etiraf

Almaniyada 26 Sentyabr seçkiləri yaxınlaşdıqca, 16 illik səlahiyyət müddəti tezliklə başa çatacaq Almaniya Kansleri Angela Merkel çərşənbə günü verdiyi müsahibədə “Əslində, cəmiyyətdə və həyatda iştirak baxımından qadın və kişi bərabərliyi baxımından. 'bəli, mən feministəm' deyə bilərəm” deyib.

Bakıvaxtı.az xəbər verir ki, Merkel feminizmin özü üçün nə demək olduğunu belə ifadə edib: "bu mövzuları ictimai gündəmə gətirmək üçün mübarizə aparan müəyyən bir hərəkatdır”.

Merkel 2017 -ci ildə Berlində keçirilən Women20 Zirvəsində özünü feminist olaraq tanıtmaqdan çəkinmişdi. İndi isə “bəli, o vaxt bunu çəkinərək demişdim. Bu gün isə bu mövzu üzərində daha çox düşünmüş haldayam” deyib. Daha sonra isə “bunu deyə bilərəm ki, hamımız feminist olmalıyıq” sözlərini əlavə edib.

Aytac Aslan

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026