2006-cı il təvəllüdlü vətəndaş (cinsi kişi olan) 10.12.2023-cü il tarixində saat 12:00 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətdə yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, ona dəqiqləşdirilməmiş toksiki zəhərlənmə diaqnozu qoyulub.
Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent həkimlərin səylərinə baxmayaraq, saat 13:17 radələrində vəfat edib.
Qeyd edək ki, Yevlax şəhər sakini 2006-cı il təvəllüdlü Həşimov Kamran Bakir oğlu qida zəhərlənməsi diaqnozu ilə dünən axşam Yevlax rayon mərkəzi xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır./APA
















