Bakıda restoranda yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsi ərazisində yerləşən “Shaurma N1” restoranının dam örtüyündə qeydə alınıb.
Hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.
FHN-dən bildirilib ki, yanğın ərazidəki yağ qalıqlarından başlayıb: “FHN-in qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür./Baku.ws



jpg-1704873073.jpg)
jpg-1704873073.jpg)













