• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bakıda yaşayış binasında yanğın: Zəhərlənən var

HADİSƏ

08 Fevral 2024 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yaşayış binasında yanğın: Zəhərlənən var

Bakıda yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki. yanğın Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

    Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Noyabr 2026